• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1370
— 17.10.2021 20:10

Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri raket düşmüş ərazilərdə olublar

KepezTV Player

Ukrayna Ali Radasının nümayəndə heyətinin üzvləri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri -Gəncənin raket atəşinə tutulmasın birinci ildönümü ilə bağlı  hadisə nəticəsində dağılan ərazilərə baş çəkiblər. Günahsız mülki insanlara qarşı həyata keçirilmiş erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olublar. Nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüblər. Qonaqlara Vətən müharibəsi zamanı ermənilər tərəfindən Gəncə şəhərində törədilən terror hadisələri ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistan silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.