• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1480
— 17.10.2021 18:52

Ermənistanın terror aktları nəticəsində həlak olanların xatirəsi anılıb

KepezTV Player

Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket atəşinə tutulmasının ildönümündə anım mərasimi təşkil olunub. Mərasimdə Milli Məclisin I vitse-spikeri Əli Hüseynli, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri, Türkiyə və Gürcüstanın Gəncədəki baş konsulları, hüquq-mühafizə orqanlarının rəhbərləri, müsəlman, xristian və yəhudi dini icmalarının nümayəndələri, habelə şəhər ictimaiyyətinin üzvləri iştirak ediblər. Anım tədbirinin iştirakçıları Vətən Müharibəsi dövründə Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib, terror qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Çıxış edənlər Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi qırğınlardan danışıb, Gəncə terrorunun gəncəliləri qorxutmadığını bildiriblər. Mərasim zamanı həlak olan dinc sakinlərin ruhlarına dualar oxunub.