• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1651
— 16.10.2021 15:13

Dələduzluq edən falçı saxlanılıb

KepezTV Player

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfər rayon sakinini fala baxmaq adı ilə aldadaraq onun pulunu mənimsəyən Bakı şəhər sakini Gülarə Abıyeva saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Abıyeva Ağstafa rayonuna gələrək rayon sakininin qohumlarının məzarında cadu olduğunu bildirib və ondan həmin cadunun tapılmasına görə  2.000 manat pul alıb. Abıyeva bir neçə ay sonra yenidən rayona gələrək həmin vətəndaşla görüşüb, eyni ritualı təkrar edərək vətəndaşın əlavə olaraq daha 2000 manatını dələduzluq yolu ilə mənimsəyib. Bir müddət sonra 3-cü dəfə rayona gələn qadın məqsədinə çatmadan polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Faktla bağlı araşdırmalar davam etdirilir.