• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1172
— 15.10.2021 15:23

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib

KepezTV Player

Hadisə şəhərin Ozan küçəsində, Gəncə Rəssamlıq Məktəbinin qarşısında qeydə alınıb. 1984-cü il təvəllüdlü Qasımov Rauf Qulu oğlunun idarə etdiyi “Mitsubishi” markalı pikap 1995-ci il təvəllüdlü Yusibov Sücət İlham oğlunun idarə etdiyi Hyundai "Santa Fe" markalı minik avtomobili ilə toqquşub. Ciddi xəsarət alan olmasa da qəza nəticəsində hər iki avtomobilə ciddi zərər dəyib. Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb olunub. Sözügedən ərazidə hərəkətin intensivliyi təmin olunub.