• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1396
— 13.10.2021 16:06

Dini liderlərin üçtərəfli görüşü

KepezTV Player

Rusiya paytaxtında üçtərəfli görüş keçirən Moskva və Bütün Rusiyanın Patriarxı Kirill, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Bütün ermənilərin katalikosu II Qaregin bəyanatla çıxış ediblər. Dini liderlər Azərbaycan və Ermənistan xalqlarını indiki və gələcək nəsillərin rifahı, çiçəklənməsi naminə barışdırmaq üçün kömək etməyə hazır olduğuna diqqət çəkiblər. "Rus Pravoslav Kilsəsi özünə yaxın iki xalqın barışması üçün dua edir və Cənubi Qafqazda möhkəm və ədalətli sülhün bərqərar olması üçün kömək etməyə hazırdır”, - deyə bəyanatda qeyd olunub.