• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1240
— 13.10.2021 11:29

Whatsapp-da səsli mesajların yazılması daha da asan olacaq

İnsayderlərin sözlərinə əsasən yaxın zamanda Whatsapp tərtibatçıları messencerdəki səsli mesajların yazılması funksiyasını təkmilləşdirəcəklər. Belə ki, səsli mesajların yazılması prosesindəki yenilik həm mesajı yazmaq istəyən istifadəçini həm də səsli mesajı qəbul edəcək istifadəçini qıcıqlandırıcı faktorlardan azad edəcək. WABetaInfo saytının verdiyi məlumata əsasən Whatsapp-da səsli mesajın yaradılması zamanı prosesin dayandırılması imkanı test edilir. Bunun sayəsində istifadəçi öz fikirlərini bir yerə toplaya və ya ətrafdakı yüksək fon səsinin bitməsini gözləyə bilər.WhatsApp

Daha sonra o, lazımi düyməyə klikləməklə səs yazısının yazılması prosesinə davam edə bilər. Bu cür imkanın reallaşdırılacağı halda istifadəçi səs yazısını sıfırdan yazmalı olmayacaq. Hal hazırda Whatsapp istifadəçiləri hansısa səhv ehtimalında bu cür mesajı tamamilə silmək və səsli mesajı yenidən yazmaq imkanına sahibdirlər. Bu yeni özəlliyin Whatsapp-ın stabil versiyasında nə zaman istifadəyə veriləcəyi barəsində məlumat yoxdur. Hal hazırda səsli mesajın yazılma prosesinin dayandırılması imkanı bağlı beta test mərhələsindən keçir.