• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1258
— 12.10.2021 21:17

"Kəpəz" "hə", TT "yox"

KepezTV Player

Ötən mövsüm Azərbaycan Kubokunda elita təmsilçisi "Sabah"ı bir oyunluq mübarizədə səfərdə turnirdən kənarlaşdıran, daha sonra gücünü "Keşlə"yə göstərən "Kəpəz" 2021/2022-ci illər mövsümü üçün iştirakçı komandalar sırasında yer alıb. Ölkə kubokunun 4 qat qalibi olan Gəncə təmsilçisi ilə yanaşı, 1-ci Diviziondan Zaqatala”, “Qaradağ Lökbatan” və MOİK də Premyer Liqanın 8 komandası ilə birgə yarışda çıxış edəcək. "Turan Tovuz" isə turnirdən imtina edib. Qərb klubundan bunu komandanın gənclərdən qurulması ilə əlaqələndiriblər. Tovuzlular əvvəlki iki mövsümdə də kubokda iştirak etməyiblər. Azərbaycan kubokunda püşkatma mərasimi noyabrın 10-da keçiriləcək.