• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2292
— 12.10.2021 21:14

Artezian quyusu və transfarmator bərpa olunub

KepezTV Player

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən bu il ölkədə dahi şair, böyük mütəffəkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar olaraq “Nizami ili” elan olunub. Bu münasibətlə keçirilən tədbirlərə yenisi əlavə olunub. Belə ki, dahi şairin Gəncədə yerləşən məqbərə kompleksinin ərazisindəki artezian quyusu və elektrik transfarmatoru bərpa olunara istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə sözügedən kompleksdə çalışan mədəniyyət işçiləri dahi şairin məzarını ziyarət ediblər. Daha sonra artezian işə salınıb. Artezianın istifadəyə verilməsi nəticəsində 10 hektardan artıq ərazisi olan Nizami Məqbərə Kompleksinin yaşıllıq zonasının suvarılması asanlaşacaq. Su təchizatının yaxşılaşdırılması nəticəsində ərazidəki ağacların suya olan tələbatı ödəniləcək.

Cumalik Rəhimov Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun direktoru: Bu gün çox xoş bir gündür.Çox sevindirici bir gündür. Uzun illərdən bəri burada artezian quyusu tam köhnəlmişdi, işləmirdi.Tam sıradan çıxmışdı.Su boruları da tam sıradan çıxmışdı.Əlavə olaraq işıq transfarmatoru da bərpasına ehtiyac var idi.Bu kompleksdə 10-luq su artezianı vuruldu gördüyünüz kimi və 6-lıq işıq transfarmotoru da yenidən bərpa olundu.