• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2461
— 11.10.2021 20:05

Erməni terrorundan ziyan görən şəhər stadionu

KepezTV Player

Gəncə şəhər stadionunun erməni terroruna məruz qalmasından bir il ötür. Ötən ilin bu günü Gəncəyə ermənilər tərəfindən atılan raket zərbələri zamanı “Kəpəz”in istifadəsində olan şəhər stadionu da zərər görüb. Arenanın inzibati binasında qapı və pəncərələrin çərçivələri yerindən çıxıb, şüşələr qırılmışdı. Hadisə zamanı stadionda mühafizə xidmətinin əməkdaşları və pansionatda qalan gəlmə futbolçular olsa da, xoşbəxtlikdən, xəsarət alan olmamışdı.