• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1295
— 08.10.2021 20:32

Məşqçilər üçün seminar keçirilib

KepezTV Player

Azərbaycan Cüdo Federasiyası tərəfindən pandemiyadan sonra məşqçilər üçün regionlarda seminarların təşkilinə başlanılıb. Təlimlər ölkənin ikinci böyük şəhəri Gəncədə də keçirilib. Federasiyanın regionlarla iş üzrə sektor müdiri Tərlan Poladovun rəhbərliyi altında reallaşan seminarda məşqçilər və hakimlər komitələrinin təmsilçiləri də iştirak edib. Təlimlərə Gəncə ilə yanaşı, Zaqatala, Mingəçevir, Yevlax, Zərdab, Bərdə, Ağcabədi, Goranboy və Naftalandan 30-a yaxın məşqçi qatılıb. Seminarda federasiyanın mütəxəssisləri cüdoçuların tәlim-mәşq prosesi metodikasından danışıblar. Uşaq və yeniyetmә idmançılarla hazırlıq proseslərinin təşkili formasından bəhs olunub. Texniki fəndlərin icrası zamanı yaranan mübahisəli məqamlar müzakirə edilib. Seminar iştirakçıları həm nəzəri, həm də praktiki olaraq təlimatlandırılıblar.