• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2172
— 08.10.2021 20:36

Sahibkarlar "Açıq mikrofon" aksiyasının imkanlarından yararlanıb

KepezTV Player

"Azəriqaz" növbəti "Açıq mikrofon" aksiyasını Şəmkirdə təşkil edib. Əliyaqublu kəndində eşidilən problemlər istixana sahibləri tərəfindən səsləndirilib.

Aksiyada tərəvəz istehsalı ilə məşğul olan istixana sahiblərinin qaz təchizatı ilə bağlı üzləşdikləri problemlər dinlənilib. Sahibkarlar "Səyyar qəbul otağı"nın imkanlarından istifadə edərək təkliflərini də açıq şəkildə səsləndiriblər.

Nazim İbrahimov sahibkar: Problemimiz qazla bağlıdı.Havaların soyuması nəticəsində insanların istixanalarında istiliyə ehtiyac olur. Azəriqaz tərəfindən də borcun olduğuna görə istilikxanaların istilik sistemi bağlanıb.Bəzilərinin sayğacları bağlanıb, Bakıdadı. Borc olduğuna görə qaytarılmır.Ona görə də biz Şəmkir rayon icra hakimiyyətinə müraciət etdik.Onlarda sağ olsun, bu görüşü təşkil etdilər.Bu gün gəlməkdə məqsədimiz odur ki, görək bizə bir kömək dəyəcəkmi.Mövcud olan borcların müəyyən faizini ödəməklə qaz bərpa olunacaqmı.

Tahir Hüseynov sahibkar: Hər kəs öz fikirini bildirir.Ümumi fikirimiz budur ki, bizə hardasa müəyyən güzəştlər olunub payız mövsümündə qazın açılması ilə bağlı.Məlum səbəblərdən 2021-ci ildə qoyulan qadağalara görə biz sahibkarların əksəriyyəti ziyan elədilər.Ona görə də qazın pulunu, borcu ödəməkdə çətinlik çəkirlər. Yenə bizə dəstək göstərsələr, məhsullarımızı bazarda yaxşı sata bilsək, buna çalışacağıqda.2022-ci il üçün Azəriqaz-a Şəmkir sahibkarlarının borcu olmayacaq.

Sayca 19-cu olan aksiyada əsasən sahibkarların borcları, təbii qazın təzyiqinin artırılması ilə bağlı təklif və problemlər yerindəcə aydınlaşdırılıb. Sözügedən məsələlərlə bağlı müvafiq qərarlar verilib.

Rəşad Cavadov Azəriqaz İB-nin baş direktorunun satış üzrə müavini: Sahibkarları dinlədik. Müvafiq qeydlər aparıldı və istiqamətdə problemlərin həlli ilə bağlı istehsalat birliyinin imkanları daxilində olan, gücümüzdə olan problemlər çalışacayıq qısa müddətdə aradan qaldırılsın.Eyni zamanda da istehsalat birliyi tərəfindən müəyyən tövsiyələr verildi. Qanun çərçivəsində olan işlər davam etdiriləcək.

Təşkil olunan aksiyaların hər biri sakinlərin təkliflərinin müsbət istiqamətdə həllini tapması məqsədi daşıyır. “Səyyar qəbul otaqları” mütəmadi olaraq təşkil olunmaqla, problemlərin operativ həllinə xidmət edir.

Valeh Anaroğlu