• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1397
— 08.10.2021 20:34

Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətindən danışdı

KepezTV Player

“Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin sayəsində Qərbi Avropadan uzaq Asiyanın ən ucqar nöqtəsinə qədər fasiləsiz qatar səfərinin həyata keçməsini mümkün etdik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti qlobal ticarət sahəsində yeni və vacib alternativ olaraq getdikcə daha çox əhəmiyyət kəsb etməkdədir. Türkiyə Prezidenti onu da qeyd edib ki, region geostrateji əhəmiyyətini heç vaxt itirməyib.