• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2270
— 08.10.2021 20:33

İşğaldan azad olunmuş ərazilərdə mina problemi

KepezTV Player

Mülki əhalinin tez bir zamanda və təhlükəsiz şəraitdə öz doğma torpaqlarına köçməsi üçün yollar, hava limanı, əkin sahələri, su anbarları və digər infrastruktur və kommunikasiya xətləri yaradılacaq ərazilər təmizlənir. Bu günədək Mühəndis Qoşunlarının hissə və bölmələri və Minatəmizləmə Agentliyinin şəxsi heyəti tərəfindən 5500 hektardan çox ərazi minalardan və partlamamış döyüş sursatlarından tam təmizlənib.

İstənilən lokal və genişmiqyaslı müharibələrin başa çatmasından sonra həmin ərazinin ən böyük problemlərindən biri məhz ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsindən ibarət olur. Ümumiyyətlə, mina problemi dünyada qlobal təhlükə sayılır. Müharibəyə və işğala məruz qalmış bir sıra ölkələr, o cümlədən Azərbaycan da bu prosesdən hələ də əziyyət çəkir. Ermənistan 30 illik işğal dövründə və müharibə zamanı işğal olunmuş ərazilərimizi total şəkildə minalayıb. Vətən müharibəsində qələbənin qazanılmasına böyük töhfələrini verən istehkam bölmələrimiz mühəndis qoşunları üçün zəruri hallar yolların, ehtiyac olan istiqamətlər üzrə marşrutların təhlükəsiz vəziyyətdə istismarının təmin olunması, ilk növbədə qoşunların azad olunmuş ərazilərdə təhlükəsiz hərəkətinin təmin edilməsi, çıxılmış hədlərə, yəni, azad olunmuş ərazilər geridə qalmaq şərtilə dövlət sərhədi boyunca lazım olan və təyin olunmuş istiqamətlər üzrə bölmələrin tərtiblənməsinin və təhlükəsizliyinin təmin edilməsi istiqamətində iş aparır.Ali Baş Komandan İlham Əliyevin göstərişi əsasında ərazilərin mina sahələrindən və partlamamış döyüş sursatlarından təmizlənməsi istiqamətində ciddi işlərə başlanılıb. İşlərin sürətlənməsi baxımından bu sahə ilə bağlı Dövlət Komissiyası da yaradılıb. Bu məsələdə söhbət təkcə mina sahəsinin təmizlənməsindən getmir, eyni zamanda, döyüş əməliyyatları gedən ərazilərin sursatların qalıqlarından, partlamamış sursatlardan təmizlənməsindən gedir. Təkcə son ay ərzində Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 429 piyada əleyhinə, 83 tank əleyhinə mina və 533 Partlamamış Hərbi Sursat aşkarlanıb. Bütün bunlar müəyyən qədər təhlükələr yaradır. Ancaq bu mənada peşəkarlıq da öz sözünü deyir. Artıq Azərbaycan Ordusunun gələcəkdə  dünyanın bir çox ordularına deyə biləcəyi, örnək gətirə biləcəyi və hətta tarixə düşəcək nümunələri var. Vətən müharibəsində düşmənin yaratdığı əngəl və maneə sistemini yararaq, qarışıq, birlik əməliyyatının icra olunmasında, qoşunların hərəkət qabiliyyətinin bu formada saxlanılmasında, Zəfər yolunun çəkilməsi və nəticədə hədəfə gəlib çataraq torpaqlarımızın azad edilməsində Azərbaycan Ordusunun mühəndis qoşunlarının örnəkləri, nümunələri hədsiz çoxdur və bu da hərb tariximizə qızıl hərflərlə yazılacaq.