• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2030
— 08.10.2021 20:31

Uşaq evinin şəhid məzunu...

KepezTV Player

Gəncə şəhər uşaq evində böyüyən Şəhid Əmrah Rajapovun bu gün şəhadətə ucaldığı gündür. Şəhidin qəbri ziyarət edilib, ruhu ehtiramla yad edilib. Qəhrəmanımız 11 dekabr 2000-ci ildə Goranboy Rayonu Zeyvə kəndində doğulub. Valideynləri haqqında heç bir məlumat olmayan Əmrah Gəncədə uşaq evində böyüyüb. Şəhidin xalası və dayısı olsa da ona heç birinin evində yer olmayıb. Əmrah 8 oktyabr 2020-ci il tarixində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə yaralı əsgər yoldaşını, döyüş mövqeyindən çıxartmağa çalışarkən yaxınlığına düşən mərmi nəticəsində qəhrəmancasına şəhid olub. Şəhid olan zaman yanan və tanınmaz hala düşən Əmrahın nəşi yalnız, 4 ay sonra, 23 fevral 2021-ci ildə tapılaraq dəfn edilib.