• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1045
— 07.10.2021 11:48

Gəncə cüdoçusu gümüş medal qazandı

KepezTV Player

İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan təmsilçisi Turan Bayramovun çıxışı uğurlu alınıb. Gəncə cüdo məktəbinin yetirməsi mundialın gümüş medalını qazanıb. Çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov ilk görüşündə tayvanlı rəqibinə qalib gəlib. Digər mərhələ görüşlərində o, Qazaxstan və Fransadan olan tatami ustalarından üstün olub. Yarımfinalda Özbəkistan təmsilçisi üzərində qələbə qazanan Bayramov finala vəsiqə qazanıb. Qızıl medal uğrunda həlledici görüşdə Turan gürcüstanlı Giorgi Sardalaşvili ilə qarşılaşıb və rəqibinə məğlub olub. Oktyabrın 10-dək davam edəcək turnirə 73 ölkədən 500-dən çox cüdoçu qatılıb.