• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1357
— 06.10.2021 20:39

Dünya Məktəblilərinin İdman Oyunlarında yer tutan güləşçilərlə görüş olub

KepezTV Player

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsində Serbiyanın Belqrad şəhərində keçirilən Dünya Məktəblilərinin İdman Oyunlarında yer tutan güləşçilərlə görüş olub. Nizami yurdunun pəhləvanlarının yarışdan 8 medalla qayıtması yüksək qiymətləndirilib. Çünki beynəlxalq yarışlardan belə uğurla şəhərə qayıdan komandalar nadir hallarda olur. Gəncədən yarışa 10 idmançı, 1 məşqçi və 1 hakim yollanıb ki, yeniyetmə güləşçilərdən 2-si qızıl, 4-ü gümüş, 2-si isə bürünc mükafata yiyələnib. Görüşün sonunda Gənclər və İdman Baş İdarəsi tərəfindən turnirə qatılan məşqçi və hakimə təşəkkürnamə, idmançılara isə fəxri diplom təqdim edilib.