• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2119
— 05.10.2021 16:10

Xalq artisti Vaqif Şərifovla Gəncədə vida mərasimi keçirilib

KepezTV Player

78 illik ömrə sığan rejissorluq sənəti sona yetdi. Söhbət Azərbaycan incəsənətinin tanınmış simalarından olan Vaqif Şərifovdan gedir. Dünyasını dəyişən xalq artisti ilə Gəncədə vida mərasimi keçirilib.

Vaqif Şərifov 1943-cü ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olub. 1960-cı ildən teatrda əmək fəaliyyətinə başlayan icəsənət xadimi müxtəlif vaxtlarda Gəncə, Sumqayıt və Ağdam Dövlət Dram Teatrlarında rejissor və baş rejissor vəzifələrində çalışıb. Qocaman sənətkar həmçinin Gəncə Dövlət Dram Teatrının direktoru və bədii rəhbəri də olub. 180-dən çox tamaşaya quruluş verən Vaqif Şərifov, eyni zamanda Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olub. O, teatrda rejissor olmaqla yanaşı, bir çox aktyor və aktrisaların ölkə incəsənətinə qazandırılmasında rol oynayıb.

Ürəyində yararan problemə görə vəfat edən Vaqif Şərifovla Gəncə Dövlət Dram Teatrında vida mərasimi təşkil edilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, deputatlar, mədəniyyət işçiləri, incəsənət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri və xalq artistinin sənət yoldaşları, eləcə də ailə üzvləri iştirak ediblər. Sənətkar bir vaxtlar rejissor kimi quruluşlar verdiyi teatrın səhnəsindən alqış sədaları altında son mənzilə yola salınıb.

Vaqif Şərifov Gəncədə yerləşən fəxri xiyabanda dəfn edilib. O, uzun illər teatrda göstərdiyi fəaliyyətinə görə əməkdar incəsənət xadimi, xalq artisti fəxri adlarına,  "Qızıl Dərviş" mükafatına, eləcə də "Tərəqqi" medalına layiq görülüb.