• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 798
— 05.10.2021 15:20

Yazarlar Nizami ili çərçivəsində tədbir keçirib

KepezTV Player

Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsində Nizami Gəncəvi yaradıcılığında bəşəri ideyalar mövzusunda tədbir keçirilib. Nizami ili çərçivəsində keçirilən tədbirdə Nizami yaradıcılığının təkcə ölkəmizdə, Türk dünyasında deyil, ümumiyyətlə dünya səviyyəsində Azərbaycana şöhrət gətirdiyi vurğulanıb. Dahi şairin yaradıcılığı ilə tanış olduqca dərin hümanizmi, insan pərvərliyi, qlobal, dünyəvi məsələləri görməyin mümkünlüyü bildirilib. Nizamini xarakterizə edən, onu dünya şairlərindən fərqləndirən ən ümdə məsələlərdən biri də elə məhz budur. Onu dünyada tanıdan "Xəmsə"si əsrlər buyu aktuallığını qoruyub saxlayır. Tədbirdə yazarlar dahi Nizaminin yaradıcılığına müraciət edərək şerlər səsləndiriblər.