• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1878
— 05.10.2021 15:28

Müharibə iştirakçısı olan müəllimlər mükafatlandırılıblar

KepezTV Player

Tovuz Asan Xidmətin Asan Hərbi Vətənpərvərlik Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin təşəbbüsü ilə Vətən müharibəsində iştirak edən müəllimlərlə görüş keçirilib. 5 oktybar müəllimlərin peşə bayramı günnüə həsr olunan tədbirdə çıxış edən xidmətin Tovuz rayon şöbəsinin rəisi Ceyhun Əliyev 44 günlük Müharibədə qazanılan qələbədən və bu zəfərdə pay sahibi olan müəllimlərin əməyindən söz açıb. Tovuzlu gənclərin ön cəbhədə mərdliklə döyüşüdüyü və yüəksək əzmkarlıq göstərdiyi vurğulanıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqla ordunun vəhdət təşkil etdiyi döyüşlər zamanı istər ön, istərsə də arxa cəbdəhə çalışan müəllimlər fəallığı ilə seçiliblər. Tovuzlu gənclərin vətənpərvər ruhda böyüməsində müəllimlərin əməyi yüksək qiymətləndirilib. Vətən müharibəsinin iştirakçısı olan təhsil işçiləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlqıları ifadə ediblər. Tədbirin sonunda müəllimlərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi tərəfindən qiymətli xatirə hədiyyələri təqdim olunub.