• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2418
— 25.09.2021 20:30

İƏT-in nümayəndə heyətindən ibarət faktaraşdırıcı missiya Gəncəyə gəlib

KepezTV Player

Azərbaycanda rəsmi səfərdə olan İƏT-nın nümayəndə heyəti Gəncədə Vətən müharibəsi zamanı Ermənistan tərəfindən raket atəşinə tutularaq dağılan ərazilərə baş çəkib. Oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Dünyasını dəyişən şəxslərin ruhuna dualar oxunub, dağıntılar olan əraziyə güllər düzülüb. Mətbuat konfransında çıxış edən qonaqlar, işğaldan azad olunan bölgələrə səfərlərindən danışıblar.Faktaraşdırıcı missiyaya dair hesabat hazırlanaraq, beynəlxalq təşkilatlara və ictimaiyyətə təqdim ediləcək. Sonda bəyanat qəbul edilib.

Saeed Mohamed Abdulla Omair Alghfeli İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri: Biz artıq 3 gündür Azərbaycandayıq. Bir çox görüşlər keçirdik. Əsasən Azərbaycan xalqına qarşı törədilən cinayət hadisələri ilə bağlı məlumat əldə edirik. Ağdamda olanda gördük  ki, insanlar evlərini tərk ediblər, ermənilər tərəfindən də bu evlər sökülüb dağıdılıb. Sökülən tarixi binalar isə tarixə qarşı hörmətsizlikdir.  Ağdamda ərazilərin minalanmasının da şahidi olduq. Bu nəinki indi, hətta gələcək illərdə də insanların həyatı üçün təhlükədir. Tərtər rayonunda məktəblərin raket atəşinə tutulmasını, mülki əhalinin atəşə tutulmasını gördük və bu bizdə təəsüf hissi yaratdı. Azərbaycan sülh şəraitində yaşamağın tərəfdarıdır. Bunu qarşı tərəfdə etməlidir. Bizim də əsas missiyamız burada gördüklərimizi video və şəkillərə köçürüb hazırlamaq və beynəlxalq qrumlara göndərməkdir.

Hacı Ali Açıkgül İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədrinin müavin:800 min insan geri dönməyi gözləyir.  Minalar təmizlənsin ki, 30 ildir insanlar məhrum qaldıqalrı yerlərinə qayıtsın.  1992-ci ildən bəri 4 min insanın  aqibətindən məlumat alınmadığını müşahidə etdik. Bu insanlarının yaxınların haqqıdır ki, onların aqibətini öyrənsinlər. Dünən Gəncədə bu gün də Gəncədə dağıdılan yerləri gördük. Raketlərlə, həmçinin qadağan olunan silahlarla hədəf alındığını və onlarla insanın həyatını itiridiyi görüdük Sadəcə Azərbaycan vətəndaşı deyil  13 yaşında Rus vətəndaşının  çox sayda uşaq, qadının həyatının itiridiyinin şahidi olduq.