• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2222
— 24.09.2021 19:23

Azərbaycanda bəzi məhdudiyyətlər yumşaldılır

KepezTV Player

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul edilib. Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunur. Həmçinin, şəhər və rayonlar arası müntəzəm sərnişin daşımaları ilə bağlı qərar qəbul edilib. Dəmir yolu və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur. Əlavə olaraq, oktyabrın 1-dən istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının, ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin, eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, eləcədə ümumi tutumunun 50 faizindən çox olmamaqla kinoteatrların fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilib. Bu iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərindən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVİD-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil ola bilərlər. Sözügedən iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir.