• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 842
— 24.09.2021 12:13

Zəngəzur dəhlizi mövcud ticarət və nəqliyyat bağlantılarına əlavə olunacaq

KepezTV Player

Azərbaycan və Türkiyə arasında yeni quru nəqliyyatı marşrutu olan Zəngəzur dəhlizinin mövcud ticarət və nəqliyyat bağlantılarına əlavə olunacaq. Bunu Xarici İşlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupunun 20-ci illik nazirlər toplantısında çıxışı zamanı deyib. Nazir çıxışında keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllinin regional əməkdaşlıq və inkişaf, o cümlədən bölgədə kommunikasiya xətlərinin açılması üçün yeni perspektivlər yaratdığına toxunub. Bu xüsusda, azad olunmuş ərazilərimizdə təşəkkül tapan yeni nəqliyyat qovşağının Trans-Avrasiya nəqliyyat layihələri kontekstində bütün Cənubi Qafqazın rolunu gücləndirəcəyini, Azərbaycan və Türkiyə arasında yeni quru nəqliyyatı marşrutu olan Zəngəzur dəhlizinin mövcud ticarət və nəqliyyat bağlantılarına əlavə olunacağını diqqətə çatdırıb.