• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2407
— 23.09.2021 20:38

"Üzeyir Hacıbəyli" XIII Beynəlxalq Musiqi Festivalı keçirilib

KepezTV Player

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə "Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı" keçirilib. Azərbaycan professional musiqisinin və milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunan və 2009-cu ildə əsası qoyulan tədbir pandemiyanın doğurduğu məcburi fasilədən sonra yenidən ənənəvi formada – canlı konsert proqramları və tədbirlərlə gerçəkləşib. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən festivala Gəncə Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət Nazirliyinin nümayəndələri və musiqisevərlər qatılıblar.

Elçin Elçiyev Gəncə Dövlət Filarmoniyasının direktoru:Dahi Üzeyir bəyin xatirəsinə həsr olunmuş beynəlxalq13-cu festival keçirilir. Həmin festival çərçivəsində Gəncə şəhərində Fikrət Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansablı konsert proqramı ilə çıxış edəcəkdir. Proqramda dahi Üzeyir bəyin müxtəlif əsərləri, eyni zamanda azərbaycanın tanınmış musiqiçiləri çıxış edəcəklər. Uzun sürən pandemiyadan sonra bu demək olar ki, ilk bizim tədbirimizdir. Arzu edərdik ki, bu tədbirlərimiz davamlı olsun və biz həmişə olduğu kimi Gəncə sakinlərinin Gəncə musiqisevərlərin zövqünü oxşayaq, onları gözəl musiqilərlə sevindirək.

Ağaverdi Paşayev “Azərbaycan Dövlət Xalq Çalğı Alətləri” Orkestrinin bədii rəhbəri: Biz bu gün gəncəyə Üzeyir bəyin ad günü ilə bağlı festival çərçivəsində gəlmişik. Və bu artıq 13 cü ildir ki, Üzeyir bəy festivalı Azərbaycanda keçirilir möhtəşəm səviyyədə. Bizim bugün ki, Gəncədə olan çıxışımızda əsasən Üzeyir bəyin və Üzeyir bəyin davamçıları olan Fikrət Əmirovun, Niyazinin, Süleyman Ələsgərovun əsərlərindən ibarət bir proqramla biz çıxışa gəlmişik.

Pərvin Kərimzadə millət vəkili: Bu gün çox yaxşı haldır ki, 13-cu üzeyir Hacıbəyli musiqi festivalına toplaşmışıq. Gəncəmizin gözəl məkanı filarmoniyada konsert təşkil olunub. Mən çox şadam ki, zəfər dolu günlərlə biz bu tədbiri keçirdirik. Pandemiyadan sonra filarmoniyada ilk şanlı konsertimizdir. Və mən əminəm ki, qalib xalqın qalib nümayəndələri kimi bizə yalnız belə günlər yaraşır. Və bundan sonra da bu tədbirimiz daha coşquyla daha da böyük həvəslə keçiriləcəkdir.