• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2149
— 23.09.2021 20:34

Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərin rolu

KepezTV Player

Gəncədə Dini Qurumlarla İş üzrə Dövlət Komitısinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Vətən müharibəsindəki qələbəmizdə milli – mənəvi dəyərlərin rolu" mövzusunda tədbir keçirilib. Şəhidlərin ailə üzvləri, din xadimləri, millət vəkilləri və ictimaiyyət nümayəndələrinin iştirak ilə baş tutan tədbirdə çıxış edənlər Şanlı Azərbaycan Ordusunun 30 illik Qarabağ həsrətinə son qoymasından söhbət açıblar. Bu haqq savaşından alnıaçıq, üzüağ çıxan qəhrəman vətən övladlarının şücaətindən danışılıb. Vurğulanıb ki, qanını Vətən torpağına qarışdıran şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz dövlətimizin, ordumuzun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdiriblər. Tədbirin sonunda şəhid ailələrinə Quran kitabı hədiyyə olunub.

Mehriban Əhmədova şəhid anası: Tədbir çox gözəl keçdi.Tədbirdə milli adət-ənənələrimiz, tədbirdə şəhidlər haqqında danışıldı.Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizdən, qazilərimizdən söhbət getdi.Azərbaycanın azadlığı uğrunda onlar öz canlarını, qanlarını vermişlər.Bu günləri biz şəhidlərimizlə fəxr edirik.

Pərvin Kərimzadə millət vəkili: Bu gün toplaşdığımız tədbir, Zəfər müharibəmizə, Vətən müharibəmizə həsr olunmuşdu.Daha dəqiq desək Vətən müharibəsi zəfərində milli-mənəvi dəyərlərin rolu haqqında.Əslində bir neçə gündən sonra hər birimiz üçün şərəf və qürur tarixi olan 44 günlük Vətən müharibəsinin ildönümü yaxınlaşır.Doğrudan da 27 sentyabrdan başlayan bu hadisə Azərbaycan xalqının tarixində ən əlamətdar hadisədir.Doğrudan da ali baş komandanın rəhbərliyi altında Azərbaycan Ordusu bir Zəfər dastanı yazdıki, təkcə Azərbaycan üçün deyil, region üçün deyil, dünya üçün bir nümunə oldu.