• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2507
— 23.09.2021 20:32

Gürcüstandan olan jurnalistlər Gəncəyə səfər ediblər

KepezTV Player

Gürcüstandan olan media nümayəndələri və bloqerlər Gəncəyə səfər edərək erməni terrorunun izləri ilə tanış olublar. Qonaqlara cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin ümumilikdə 8 dəfə Ermənistan tərəfindən ağır artilleriya və raket zərbələri ilə atəşə tutulması barədə məlumat verilib. Bildirilib ki, dinc sakinlərin sıx yaşadığı yerlərə raket atılması nəticəsində 1 körpə, 5 uşaq və yeniyetmə, 10 qadın olmaqla 26 dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb,20-dən artıq ev tamamilə dağılıb, 100-dən çox ev və bir o qədər də obyektə ciddi ziyan dəyib. Raket hücumları nəticəsində Gəncənin tarixi və dini abidələri, təhsil və səhiyyə ocaqları da zərər görüb.Gürcü jurnalistlər evlərin dağılması, mülki şəxslərin ölməsindən, gördükləri mənzərələrdən dəhşətə gəldiklərini dilə gətiriblər. Qonaqlar bundan əvvəl Füzuli və Şuşada olublar.

Nina Berdzenava bloqer:Ömrümdə ilk dəfə müharibənin gətirdiyi faciəyə bu qədər yaxınam. Müharibənin də bir etikası olmalıdır. Mülki şəxslər müharibədən əziyyət çəkməməlidirlər. Mənim bu gün hiss etdiklərimi heç kimin bir daha hiss etməsini istəmirəm.Keçirdiyim hissləri, emosiyaları ifadə etməkdə çətinlik çəkirəm. Çox təəssüf ki, bu əməllərin hesabını dinc əhali ödəyir. Bu gün gördüklərimi heç vaxt unutmayacam, tez-tez xatırlayacam. Burda həlak olan insanların xatirəsini yad edirik. Ümid edirik ki, bunlar bir daha təkrarlanmayacaq.

Pata Çorniyaşvili jurnalist: Törədəcəyin əməlin dinc insanların ölümünə səbəb olacağını bilə-bilə bunu etmək heç cür qəbul oluna bilməz. Mən bunların baş verdiyi dünyada yaşamaqda çətinlik çəkirəm. Heç kimlə heç vaxt belə davranmaq olmaz. Əksinə, bir-birinin qayğısına qalmaq, sevmək lazımdır.Mülki şəxslər müharibədə ölməməlidir. Gəncə müharibə bölgəsindən çox uzaqdır. Mən bunu gözləmirdim. Burda qadınlar, balaca uşaqlar ölüb. Müharibənin də bir mədəniyyəti olmalıdır. Bizim burda gördüklərimiz, sadəcə, dəhşətdir. Belə olmaz.