• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 670
— 22.09.2021 19:50

Gəncədə 17 min 464 şagird ibtidai sinfə gedib

KepezTV Player

Biri ağlayır, biri isə gülürdü... Qarışıq və bəlkə də anlaşılmaz hisslərlə birinci sinifə qədəm qoyurdu fidanlar... Qədəmi mübarəklərin hissləri bir yana, əlavə məsulliyyətləri də var axı. Koronavirusdan qorunmaq və pandemiya qaydalarına riayət etmək...Bu günü daha ətraflı Gəncə məktəbləində olan əməkdaşımız Elnur Vahidoğlu şərh edib. İzləyək...

Yeni qaydalarla məktəbə daxil olan müəllimlərin, şagirdlərin hərarətləri yoxlanılır, əlləri spirtləndikdən sonra siniflərə daxil olmalarına icazə verilir. Pandemiya qaydalarına əməl olunması üçün sinif otaqlarına məlumatverici elanlar da vurulub, stolların üstünə spirtlər qoyulub. Müəlimlər isə mövcud situasiya ilə əlaqədar tibbi maska ilə dərslərini keçirlər. Bütün bu qaydalara ölkənin hər ümumtəhsil məktəbində olduğu kimi Gəncənin orta ümumtəhsil məktəblərində keçilən dərslərdə də əməl edilir. İlk dərslər isə “Qarabağ Azərbaycandır” mövzusuna həsr olunub.

Bu gün məktəbə qədəm qoyan birincilərin kiçik qəlblərində böyük istəklər, sonsuz arzular var.  Ən ümdə diləkləri isə dərs əlaçısı olub, məsuliyyətli yolda uğur qazanmaq və  Vətən üçün layiqli vətəndaş olmaqdır.

Gəncədə ümumilikdə 45 təhsil ocağı üzrə 713 sinifdə 17 min 464 şagird ibtidai sinifdə təhsil alır. 185 sinifdə  4364 nəfər birinci sinfə qədəm qoyub. Birincilərin 3418-ü Azərbaycan, 946 nəfəri isə rus bölməsinin şagirdləridir. Bütün orta məktəblər   lazımı invetarlarla təmin edilib.

Yeni qaydalara görə yuxarı sinif şagirdlərinin ənənəvi qaydada dərsləri isə sentyabırın 29-da başlayacaqdır.

 

Elnur Vahidoğlu