• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1774
— 21.09.2021 11:30

Kainatın ən detallı 3D modeli yaradılıb (VİDEO)

Beynəlxalq tədqiqatçılar komandası kainatın ən detallı 3D modelini yaradıb. Sözügedən layihə “Uchuu” adını əldə edib və o, kompüter modelləşdirilməsinə əsaslanır. Bu cür iddialı layihənin yaradılması üçün çox güclü kompüter lazım olub. Buna görə də mütəxəssislər bu məsələdə ATERUI II adlı superkompüterdən istifadə ediblər. Sözügedən superkompüterin tərkibinə 40.200 nüvə daxildir. Kainatın ən detallı 3D modelini yaratmaq üçün bu superkompüter hər ay 48 saat ərzində simulyasiya prosesində olub.

Adi kompüterlər bunun öhdəsindən 20 milyon saata gələ bilərdilər. Nəticədə superkompüter 2 PT (petabayt) həcmində məlumat generasiya edib və onu 10 TB-a (terabayt) kimi sıxışdırıb. Hal hazırda “Uchuu” layihəsi bir növ virtual kainat rolunu oynayır. Ondan istifadə etmək üçün isə bulud sistemlər lazımdır. Yapon dilindən tərcümədə “Uchuu” “Kosmik məkan” kimi tərcümə olunur. Superkompüter tərəfindən reallaşdırılmış simulyasiyaya ümumilikdə 2.1 trilyon qalaktika, kosmik dumanlıq və digər obyektlər daxildirlər.

Mütəxəssislərin fikirlərinə əsasən bu layihə vasitəsilə alimlər kainatı daha öncə mümkün olmamış miqyas çərçivəsində müşahidə edə biləcəklər. Bu cür heyrətləndirən nəticəyə baxmayaraq, kainatın 3D modelində planetləri və ayrı-ayrı ulduzları tapmaq hələ mümkün deyil. Mütəxəssislər öz diqqətlərini əsasən iri miqyaslara ayırıblar. Belə ki, onlar 3D modeldə qaranlıq materiyanın hələ müşahidə edilməmiş konturlarını qeyd ediblər.