• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2287
— 17.09.2021 18:26

Gədəbəy və Daşkəsənə dolu yağıb

KepezTV Player

Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl və Tovuza yağış yağıb, bəzi yerlərdə şimşək çaxıb. Saat 14:40 radələrində Gədəbəy rayonu ərazisinə və Gədəbəy rayonu Duzyurd kəndinə,  15:30 radələrində isə Daşkəsən rayonuna dolu yağıb. Dolunun diametri 6-8 mm olub. Güclü yağışdan sonra başlayan təbiət hadisəsi təxminən 5 dəqiqə davam edib. Tovuzun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə də leysan yağışdan sonra qısa müddətli dolu düşüb. Bəzi kəndlərə isə sel gəlib.