• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1239
— 17.09.2021 12:30

Nizami Gəncəvinin 880 illiyi qeyd olunub

KepezTV Player

Samuxda dahi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib. Şagirdlərin  Nizami Gəncəviyə həsr etdikləri 100-ə yaxın rəsm əsərlərinə, əl işlərinə baxılıb. Nizami Gəncəvinin dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaratdığı və ecazkar söz sənətinin incilərini də məhz burada ərsəyə gətirdiyi vurğulanıb. Dahi şairin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir böyük bir ədəbi məktəbin bünövrəsini də qoyub. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan verib. Tədbirdə rayon mədəniyyət və incəsənət xadimlərinin ifasında Nizaminin xəmsəsindən səhnəciklər nümayiş olunub, şerlər səsləndiriblər.