• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1363
— 17.09.2021 12:15

Gələn aydan təhsil kreditlərinin verilməsinə başlanılacaq

KepezTV Player

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlanılacaq. Təxminən 40 minə yaxın tələbəyə təhsil kreditləri veriləcək. Burada həm bakalavr, həm də magistr pilləsində kreditlərin verilməsindən söhbət gedir. Təhsil-tələbə kreditinin iki forması nəzərdə tutulub. Biri sosial kreditlərdir, digəri isə standart təhsil-tələbə kreditidir. Sosial kreditlər əsasən sosial qruplardan olan tələbələrə təhsil haqlarını ödəməyə imkan verəcək.Sosial kredit alanların smestr imtahanlarında balı 71 baldan yuxarıdırsa, həmin smestr üçün faiz hesablanmır. Əgər bütün təhsil müddəti dövründə 91 baldan yüksəkdirsə, bu zaman ümumiyyətlə aldığınız kreditin 50 faizini qaytarmaqdan azad olunursunuz və digər hissənin faizləri də kifayət qədər aşağı olur. Standart krediti üçünsə orta müvəffəqiyyət göstəricisi yüksək olanlar və qəbul imtahanlarında yüksək bal toplayanlar müraciət edə bilər.