• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1291
— 17.09.2021 12:10

"Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik"

KepezTV Player

“Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycan İrqi ayrıseçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın  sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək”.XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra, azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir. Üçtərəfli bəyannamənin imzalanmasından sonra Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə Beynəlxalq Konvensiyanı pozmağa davam edib.