• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2233
— 16.09.2021 20:31

“TurAz Şahini – 2021” təlimlərinin bağlanış mərasimi keçirilib

KepezTV Player

Türkiyənin Konya şəhərindəki aviabazada keçirilən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Şahini - 2021” birgə taktiki təlimlərinin bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində bildirilib ki, uğurla başa çatan təlimlərdə uçuş, texniki və təminat heyətləri böyük təcrübə qazanıblar. Hərbi pilotların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasında bu kimi təlimlərin əhəmiyyəti xüsusi qeyd olunub və növbəti birgə təlimlərin keçirilməsinin zəruriliyi də əminliklə ifadə edilib.Döyüş təyyarələrinin taktiki-texniki imkanlarından bacarıqla istifadə edərək təlimdə verilən bütün tapşırıqları peşəkarlıqla icra edən pilotların fəaliyyəti baza komandiri tərəfindən yüksək qiymətləndirilib. Birgə təlimə Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd “MİQ-29” qırıcı və 2 ədəd “SU-25” hücum təyyarələri cəlb edilib.