• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1625
— 15.09.2021 19:03

Ağstafada 18 yaşlı gənc tanışı tərəfindən bıçaqlanıb

Ağstafada bıçaqlanma hadisəsi baş verib. Xılxına kəndində yerli sakini, 18 yaşlı Fərrux Qasımovla onun 16 yaşlı tanışı arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Məmmədov Qasımova bir neçə bıçaq zərbəsi vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisəni törədən yeniyetmə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.