• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1285
— 15.09.2021 19:22

20 küçədə işıqlandırma dirəyi qoyulub

KepezTV Player

Gəncədə son üç ayda 20-ə yaxın küçədə 100-ə yaxın küçə işıqlandırılması dirəyi basdırılıb. Yeni müasir işıq dirəkləri gecələr hərəkəti asanlaşdırmaqla yanaşı, şəhərin estetik görünüşünü də gözəlləşdirir. Bu işlər şəhərin kommunal infrastrukturunun yenilənməsi işləri başa çatan ərazilərində davam etdirilir.

Gəncədə küçə işıqlandırılması işlərinə iyul ayının əvvəllərindən başlanılıb. Yerlərdə Şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin küçə işıqlandırılması şöbəsinin 6 birqadası çalışır. Artıq 20-ə yaxın küçənin 15 km uzunluğunda ərazisində yeni işıq dirəkləri qoyulub. Küçə və prospektlərdə gecə işıqlandırmanın olmamasından əziyyət çəkən sakinlər görülən işlərdən razıdırlar.

Quraşdırılan işıqlar əsasən istismar dövrü uzunmüddətli olan müasir LED işıqlandırıcılarıdır. Bu işıqların qənaət göstəricisi 50 faiz təşkil edir ki, bu da, öz növbəsində, əlavə küçələrin işıqlandırmasına imkan verir.

Hazırda Gəncə şəhərində 1100-dən artıq küçə və prospekt var ki, bunlarında 300 də gecə işıqlandırılması dirəkləri var. Gecə işıqlandırma dirəklərində işıqlar yay rejimində axşam saat 20:30-dan səhər saat 6-ya kimi, qış rejimində isə axşam saat 19:30-dan səhər saat 7-ə kimi yanır.

Elnur Vahidoğlu