• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1876
— 15.09.2021 19:43

Valideynləri şəhid olan yeniyetmə ilə görüş

KepezTV Player

Gəncə şəhər İcra Hakimiyyətində Vətən müharibəsi zamanı Ermənistanın raket hücumu nəticəsində ata və anasını itirən Sevil Əliyeva ilə görüş keçirilib. Zəfər ili çərçivəsində məzun olan yeniyetmə tələbə adını qazanması münasibətilə təbrik edilib, ona gələcək həyatında uğurlar arzulanıb. Bildirilib ki, bütün şəhid övladları kimi o da hər zaman dövlət tərəfindən diqqət mərkəzində saxlanılır. Görüşün sonunda Sevil Əliyevaya gül dəstəsi və planşet hədiyyə olunub. Ötən ilin 11 oktyabrında valideynlərini itirən Sevil Əliyeva Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olub. Onun özündən yaşca balaca Hüseyn adlı qardaşı da var.