• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2391
— 15.09.2021 19:48

Qazi ananın şəhid oğlu Rəşad Ələkbərovun xatirəsi əbədiləşdirildi

KepezTV Player

44 günlük Vətən müharibəsində qanı ilə tarix yazıb, candan vətənə pay verən oğullardan biri Rəşad Ələkbərovun xatirəsi əbədiləşdirilib. Bu gün 24 yaşı tamam olan şəhidin adına bulaq inşa olunub. Rəşad 1997-ci il sentyabrın 15-də Gəncədə dünyaya gəlib. Vətən müharibəsi zamanı Füzuli, Hadrut, Daşaltı və Şuşanın işğaldan azad olunmasında iştirak edib. Noyabrın 9-da Şuşa-Laçın istiqamətində gedən döyüşlərdə ən ali zirvəyə ucalıb. Bu gün şəhidin onsuz keçən ilk ad günündə şəhid anaları, qazilər, müharibə iştirakçıları və şəhər ictimaiyyəti Rəşadı tək böyüdən anası, birinci Qarabağ savaşının qazisi Nailə xanımın yanında olublar. Rəşad Ələkbərovun keçdiyi döyüş yolundan, şücaətindən bəhs ediblər. Daha sonra şəhidin adına inşa olunan bulağın açılışı olub.