• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2146
— 11.09.2021 20:44

Reqbi üzrə 2-ci respublika birinciliyi reallaşıb

KepezTV Player

Gənclər və İdman Naziriyi və Reqbi federasiyasının birgə təşkilatçılığı ilə reqbi üzrə respublika birinciliyi keçirilib. Yarış Göygöl Olimpiya İdman kompleksində baş tutub.

Yarışın rəsmi açılış mərasimində ölkəmizdə son dövrlər inkişaf etdirilərək populyarlıq qazanan idman növü olan reqbinin əhəmiyyətindən danışılıb. Bu növün yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda böyüməsində böyük rol oynadığı diqqətə çatdırılıb. Çıxışlardan sonra qarşılaşmalar başlayıb. Respublika birinciliyində 8 komanda mübarizə aparıb.

Gəncə, Sumqayıt, Qəbələ, Mingəçevir, Şəmkir, Samux, Naftalan və Şəki kollektivlərinin qüvvəsini sınadığı yarışda 2008, 2009 və 2010-ci il təvəllüdlü reqbiçilər bacarıqlarını ortaya qoyublar. İlk dəfə Şəmkirdə təşkil edilən birincilik bu dəfə Göygölə təsadüf edib.

Yekun nəticələrə əsasən Sumqayıt komandası yarışın qalibi olub. Şəmkir 2-ci, Gəncə kollektivi isə sıralamanı 3-cü yerdə tamamlayıb.