• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1354
— 09.09.2021 12:34

Narkotiklərin satışı ilə məşğul olan daha 14 nəfər saxlanılıb

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək satışının təşkil edilməsi və sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin ifşa edilmələri istiqamətində silsilə əməliyyatlar davam etdirilir. Əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan daha 14 nəfər saxlanılıb.Ümumilikdə 68 kiloqrama yaxın “kola” və “kakos” adlanan narkotik vasitə heroin, “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin, marixuana, 6600 ədəd metadon və tramadol həbi, həmçinin 119 ədəd çəkisi 510 kiloqram kultivasiya edilən narkotik tərkibli çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.

Nəsimi rayonu ərazisində həyata keçirilən əməliyyat zamanı Ağstafa sakini Emil Alıyev saxlanılıb. Üzərindən 46 qram heroin, 1 ədəd narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi plastik bank kartı, avtomobilindən 3 kiloqram 130 qram heroin və 830 qram metamfetamin aşkar edilib.

Yasamal rayonunda isə Xanbaba Abbaszadə və tanışı Qəhrəman Qədimovdan ümumilikdə 35 qram heroin aşkar edilib. Qədimovun idarə etdiyi avtomobildən Xanbaba Abbaszadəyə məxsus 1 kiloqram 500 qram marixuana, 6 kiloqram 240 qram heroin, 2300 ədəd psixotrop tərkibli satışı qadağan edilən metadon və 4300 ədəd tramadol həbi götürülüb.

Səbail rayonunda isə Elxan Əhədlinin üzərindən və mənzilindən 733 qram heroin, metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilib. Paytaxtın Xətai, Nəsimi rayonlarında və Abşeronda həyata keçirilən tədbirlər zamanı Cəlal Salayev, Fuad Zeynalov və Fariz İbadlı saxlanılıblar. Bu şəxslərdən ümilmilikdə 15 qrama yaxın heroin, metamfetamin, eləcə də elektron tərəzilər və narkotik vasitələrin onlayn satışında istifadə etdikləri plastik kartlar götürülüb.Saxlanılan Emil Alıyev, Xanbaba Abbaszadə, Qəhrəman Qədimov, Elxan Əhədli, Cəlal Salayev, Fuad Zeynalov və Fariz İbadlının ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə sıx əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər.

Bundan başqa, Quba rayonunun Davidoba kəndi sakini Tural Məmmədova məxsus həyətyanı sahədə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş yaş çəkisi 510 kiloqram olan 119 ədəd çətənə kolu və 52 kiloqram 800 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Astara və Yardımlıdakı əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Astara sakinləri Mehdi Həsənov, Heybər Nabatov 2 kiloqrama yaxın marixuana, Yardımlı rayon sakinləri Fariz Ağayev, Rauf Ataşov, Cəmil Paşayev və Əlican Hüseynov isə 3 qrama yaxın heroin və metafetaminlə saxlanılıblar.Ümumilikdə 68 kiloqrama yaxın “kola” və “kakos” adlanan narkotik vasitə heroin, “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin, marixuana, 6600 ədəd metadon və tramadol həbi, həmçinin 119 ədəd çəkisi 510 kiloqram kultivasiya edilən narkotik tərkibli çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.