• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1277
— 09.09.2021 12:39

Narkotik satışı və istifadəsində şübhəli bilinən dəstə saxlanılıb

KepezTV Player

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin istifadəsində və satışında şübhəli bilinən dəstə üzvləri - rayon sakinləri Mərifət Quliyev, Azər Adgözəlov və Rövşən Musayev saxlanılıblar. Həmin şəxslərin üzərinə və yığışdıqları Mərifət Quliyevə məxsus evə baxış zamanı “patı” və ya “şüşə” adlanan psixotrop maddə metamfetamin və heroin aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.