• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1305
— 09.09.2021 11:00

Kimliyi bilinməyən hacker videokartlar üçün 'görünməyən' virus yaradıb

Keçən ayın sonunda kimliyi bilinməyən hacker kompüterlərin hack olunması üçün nəzərdə tutulmuş yeni proqram təminatının ortaya çıxdığını elan etmişdi. Belə ki, sözügedən zərərli proqram təminatı videokart yaddaşına daxil olur və sistem ilə antivirus tətbiqləri tərəfindən aşkar edilə bilmir. Videokartlardakı boşluqlar vasitəsilə kompüterlərin hack edilməsi prosesini reallaşdıran zərərli proqram təminatı barəsində ilk məlumat 8 avqust tarixində ortaya çıxmışdı. Məhz həmin vaxtda hacker xüsusi forum vasitəsilə bu proqram təminatının ondan alınmasını təklif edirdi.

25 avqust tarixində isə hacker bildirmişdi ki, zərərli proqram təminatı artıq satılıb. Bu isə o deməkdir ki, biz yaxın zamanda hətta aşkar edilməsi mümkün olmayan kiberhücumların şahidi olacağıq. Bu proqram təminatının hack prosesi barəsində məlumat hələ çox azdır. Məlum olan odur ki, virus qrafik prosessorun yaddaş buferindəki ünvan mühitinə daxil olur. Daha sonra virus məhz həmin yerdə gizlənərək kiberhücumlar reallaşdırır.

Belə ki, müasir antivirus tətbiqləri qrafik prosessorun yaddaş buferindəki ünvan mühitini skan etmək qabiliyyətinə sahib deyillər. Bununla yanaşı məlumdur ki, bu üsul OpenCL 2.0 və daha yüksək versiyaların dəstəklərinə sahib Windows əməliyyat sistemində çalışır. Videokartların siyahısı isə hələ geniş deyil. Hal hazırda bu virusun daxil ola biləcəyi videokartların siyahısı belədir: Radeon RX 5700GeForce GTX 740M və GeForce GTX 1650. Bura həmçinin kompüterlərə inteqrasiya edilmiş Intel UHD 620/630 qrafikaları da daxildirlər.