• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 730
— 07.09.2021 19:35

Piyadanı vurub öldürən sürücü saxlanılıb

KepezTV Player

Sentyabrın 7-si axşam saatlarında Şəki şəhəri Salman Mümtaz küçəsində avtomobillə yolu keçən piyada Vüqar Süleymanov vurulub və o, aldığı xəsarətlərdən ölüb. Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “QAZ-3110” markalı avtomobilin sürücüsü, əvvəllər də məhkum olunmuş Xəyyam Yusubov müəyyən edilərək saxlanılıb.