• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3141
— 07.09.2021 18:55

Şəmkirdə ticarət mərkəzində nöqsanlar aşkarlanıb

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində aparılmış plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.Məlum olub ki, Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan obyektin təyinatı dəyişdirilib. Ticarət mərkəzinin ərazisində yerləşən ictimai-iaşə obyektlərində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul edilib.