• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1336
— 03.09.2021 19:20

Gəncədə vəzifəli şəxslərə cinayət işi açıldı

KepezTV Player

Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən yoxlama aparılmaqla, həmin Agentliyin tabeçiliyində olan 1 və 2 nömrəli Gəncə Peşə məktəblərində və 3 nömrəli Gəncə Peşə Liseyində bir sıra qanun pozuntularının müəyyən edilməsi barədə Baş Prokurorluğa ünvanladığı müraciət aidiyyəti üzrə araşdırılması üçün Gəncə şəhər prokurorluğuna göndərilıb.&nbsp; Müəyyən edilib ki,  təhsil müəssisələrinin vəzifəli şəxsləri tərəfindən qulluq mövqelərindən istifadə edilməklə 1 nömrəli Gəncə Peşə Məktəbində 34 min manat, 2 nömrəli Gəncə Peşə Məktəbində 25 min manat, 3 nömrəli Gəncə Peşə Liseyində isə 32 min manat məbləğində ziyan vurulmaqla qeyd edilən vəsait talanılıb.&nbsp;Fakta görə cinayət işi başlanılıb.&nbsp;<br> İstintaq davam edir.