• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1367
— 03.09.2021 19:08

Ata oğlunun başını kəsib, daha sonra intihar edib

KepezTV Player

Lənkəranda ata və oğulun çayda meyiti tapılıb.Hadisə rayonun Zövlə kəndində qeydə alınıb.<br>Kənd sakini, 42 yaşlı Şaiq Məmmədov Ulum çayının kənarında oğlu, 9 yaşlı Vahid Məmmədovun başını kəsərək qətlə yetirib. Sonra isə öz şah damarını da kəsib və çaya düşüb.Hadisənin dünən baş verdiyi ehtimal edilir. Hər iki meyit bu gün qohumları tərəfindən çayda aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.Əvvəllər məhkumluq həyatı yaşamış Ş.Məmmədov bir neçə il bundan qabaq həyat yoldaşından boşanıb, oğlu anası ilə qalsa da, son 2 ayı atasıgilə gəlib. Daha əvvəl atanın özünü və oğlunu öldürəcəyi ilə bağlı həyat yoldaşını təhdid etdiyi bildirilir.Faktla bağlı araşdırma aparılır.