• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1989
— 03.09.2021 12:07

Güclü külək fəsadlar yaradıb

KepezTV Player

Ötən gün Gəncədə  əsən güclü külək şəhərdə fəsadlara yol açıb. Park və xiyabanlarda, yol kənarlarında eləcə də yaşayış yerlərində 12 irigövdəli ağac küləyin təsirindən aşıb. 10-a yaxın ağacın iri budaqları sınıb. Gəncə şəhər Yaşıllaşdırma İdarəsinin 3 briqadası həmin ərazilərə cəlb olunub. Aşan və sınan ağaclar işçilər tərəfindən doğranılaraq ərazidən uzaqlaşdırılıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Hazırda hava şəraiti ilə  bağlı olaraq Gəncə şəhər Yaşıllaşdırma İdarəsinin əməkdaşlarl gücləndirilmiş iş rejiminə keçib.