• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1326
— 02.09.2021 12:02

"Televiziya əməkdaşıyam" deyərək pul tələb edən şəxs saxlanılıb

KepezTV Player

Özünü televiziyalardan birinin əməkdaşı kimi təqdim edərək iaşə obyektlərinə daxil olaraq ayrı-ayrı vətəndaşlardan şantaj yolu ilə pul tələb edən şəxs barəsində Ağdam Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırmaların təfərrüatı məlum olub. Bərdə rayonunda yaşayan Fəxri Əliyev Bərdə və Ağdamda yerləşən iaşə obyektlərinə daxil olaraq özünü televiziya əməkdaşı və eləcə də, səlahiyyətli şəxs kimi təqdim edərək şantaj yolu ilə pul tələb etdiyi müəyyən edilib. Belə ki, Bərdədə daxil olduğu aptekdə maskadan istifadə edilmədiyini səbəb göstərərək 1400 manat məbləğində pul tələb edib. Bundan başqa, Əliyev Ağdamda marketə girərək özünü televiziya əməkdaşı kimi təqdim edib. Obyekt daxilində tibbi maskadan istifadə edilmədiyinə dair video görüntüləri silmək üçün 50 manat məbləğində pul tələb etdiyi də müəyyən edilib. Faktlarla bağlı şikayətçilərin ərizələri alınıb. Fəxri Əliyev Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun digər analoji əməllərinin olub-olmaması istiqamətində tədbirlər davam etdirilir.