• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1342
— 31.08.2021 19:11

Özbək sortları seleksiyaya töhvə verə bilər

KepezTV Player

Son illər ölkədə pambıqçılığın inkişafı istiqamətində bir sıra addımlar atılır. Cari il Özbəkistan Pambıqçılıq İnstitutu ilə birgə həyata keçirilən layihə də bu yöndə reallaşan tədbirlər sırasındadır.

Layihə çərçivəsində bu il Mərkəzi Asiya dövlətindən ölkəmizə yeni sortlar gətirilərək əkilib. Hazırda Bitki mühafizə və texniki bitkilər elmi-təhqiqat institutun Samux rayonunun ərazisində yerləşən baza təcrübə sahəsində becərilən özbək sortlarının xarakteri öyrənilir. Özbək seleksionerlərin quraqlığa davamlı, yüksək lif və yağ çıxımlı pambıq sortları almaq üzrə böyük uğurlara nail olmaları azərbaycanlı mütəxəssisləri də bu sortların müqayisəsini aparmağa sövq edib. Əkilən ərazidə Namanqan – 34, C-8294 və digər özbək sortları ilə yerli Gəncə-160 və Gəncə-182 sortları arasındakı fərqlər araşdırılır.