• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 965
— 30.08.2021 12:16

12 kq-dan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsi  və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirirlər. Şəhər ərazisində 12 kq-dan çox narkotik dövriyyədən çıxarılıb.

Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İbrahim Qocayev saxlanılıb. Üzərinə baxış keçirilən qurdulmuş marixuana aşkarlanıb. Saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində gizlətdiyi 3 kq 895 qram marixuana da tapılaraq götürülüb.

Digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamqda şübhəli bilinən şəhər sakinləri Tərlan Hüseynov, Mehti Məmmədov və  Pərvin Sadıqov saxlanılıb. Onların üzərindən heroin aşkarlanıb.

Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşları metamfetamin və marixuana əldə edib saxlamaqda şübhəli bilinən Vidadi İsgəndərovu saxlayıblar. Yaşadığı evdən də marixuana tapılıb.

Kəpəz Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölbəsinin əməkdaşları Rasim Qasımovu yaxalayıblar. Üzərindən qurudulmuş marixuana aşkar edilən Rasim Qasımov narkotik vasitə istifadəçisi olduğunu, özü üçün şəhər ərazisində narkotik gizlətdiyini etiraf edib. Polis əməkdaşları həmin əraziyə baxış keçiriblər və oradan 1 kq-dan çox qurudulmuş marixuana aşkar edilərək götürlüb.

Ötən həftə ərzində Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində 12 kq-dan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb<br>Aşkar edilən faktlar üzrə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.