• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 945
— 28.08.2021 20:29

Paralimpiyaçılarımız uğurla irəliləyirlər

KepezTV Player

Tokio-2020 Yay Paralimpiya Oyunlarının növbəti günü millimiz üçün düşərli olub. İlk olaraq 57 kq-da mübarizə aparan Sevda Vəliyeva olimpiadanın qalibi olub. O, finalda özbəkistanlı həmkarı Parvina Samandarovanı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Ardınca Xanım Hüseynova 63 kq-da baş mükafata yiyələnib. Hüseynova final görüşündə Ukrayna təmsilçisinə şans verməyərək qızıl medalı boynundan asdırıb. Günün 3-cü qızıl medalını isə kişi paracüdoçumuz komandamızın aktivinə yazıdırıb. 81 kq çəki dərəcəsində tatami üzərinə çıxan Hüseyn Rəhimli bütün rəqiblərini üstələyərək paralimpiya oyunlarını ilk sırada tamamlayıb. Para-atletimiz Həmid Heydəri “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Nizə atma yarışlarında mübarizə aparan idmançımız 11 rəqibini qabaqlayaraq 51,42 xalla Paralimpiya çempionu olub. Para-atletimiz, həmçinin dünya rekorduna da imza atıb. Əvvəllər dünya rekordu braziliyalı idmançı Sisero Valdiran Linsə məxsus idi. Azərbaycan yığmasının medal sayı 9-a çatıb. Komandamız 7 qızıl, 2 bürünc medalla ümumi cədvəldə 7-ci yerdədir.