• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1376
— 28.08.2021 20:28

Sanitar-karantin qaydalarını pozan145 nəfər məsuliyyətə cəlb edilib

KepezTV Player

Tovuz rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində, eləcə də əhalinin sıx olduğu digər yerlərdə nəzarət-profilaktiki təbirlər keçiriblər. Tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Araşdırmalar zamanı sanitar-karantin qaydalarını pozan 130 nəfər barəsində protokol tərtib edilərək məsuliyyətə cəlb ediliblər. İctimai nəqliyyatda tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ciddi nəzarət edir. Keçirilən monitorinq zamanı sürücü və sərnişinlərə sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi barədə vətəndaşlara tövsiyələr verilib, bu qaydalara əməl etməyən 15 nəfər barəsində intizam tənbeh tədbirləri tətbiq edilib.